Nigeriyada azı 110 nəfər öldürülüb

Nigeriyada azı 110 nəfər öldürülüb Noyabrın 28-də Nigeriyanın şimal-şərqində "Boko xaram" qruplaşması tərəfindən azı 70 fermer öldürülüb.
Digər ölkələr
29 Noyabr , 2020 19:11
Nigeriyada azı 110 nəfər öldürülüb

Noyabrın 28-də Nigeriyanın şimal-şərqində "Boko xaram" qruplaşmasının silahlıları tərəfindən azı 70 fermer öldürülüb.

“Report”un məlumatına görə, bu barədə bazar günü yerli hakimiyyətə istinadən “France-Presse” agentliyi bildirib.

"Ötən şənbə günü 43 həlak olmuş haqqında məlumatlar daxil oldu, ancaq hadisə yerinə gedəndən sonra aydın oldu ki, 70 insan öldürülüb", - Borno ştatının qubernatoru Babaqanan Umar Zulum bildirib. O, bazar günü düyü sahələrinin yerləşdiyi və fermerlərin qətlə yetirildiyi Zabarmari kəndinə gedib.

Qeyd edək ki, "Boko xaram" qruplaşması 2002-ci ildə Nigeriyanın şimalında yaranıb. O, Afrikanın bu ölkəsində hakimiyyəti ələ keçirməyi qarşısına məqsəd qoyub. Qruplaşma 2009-cu ildən aktiv terror hərəkətlərinə başlayıb.

Agentlik eyni zamanda BMT-yə istinadən öldürülənlərin sayının azı 110 nəfər olduğunu vurğulayıb.

"Silahlı şəxslər motosikletlərlə əkin sahələrinə gəliblər və azı 110 nəfəri öldürüblər", - deyə BMT-nin Nigeriyadakı humanitar məsələlər üzrə koordinatoru Edvard Kallon bildirib. Onun sözlərinə görə, xeyli sayda yaralı var.

Son xəbərlər

Orphus sistemi