Bakı. 15 dekabr. REPORT.AZ/ Nigeriya ordusu ölkənin şimal-şərqində yerləşən Sambisa meşəsində aparılan xüsusi əməliyyatlar zamanı 605 nəfəri "Boko haram" terror təşkilatının əsrliyindən azad edib.
"Report" xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin nümayəndəsinə istinadən "Sinxua" məlumat yayıb.
Əməliyyatlar dekabrın 7-dən 14-dək aparılıb. Xüsusi əməliyyatların komandanı Laki İrabor onların əksəriyyətinin qadın və uşaqlar olduğunu bildirib.