Nigeriyada 325 nəfər vəbadan ölüb

Nigeriyada 325 nəfər vəbadan ölüb Son altı ay ərzində vəba epidemiyası Nigeriyanın paytaxtı Abudja şəhəri daxil olmaqla 15 ştatda 325 insanın ölümünə səbəb olub.
Digər ölkələr
11 İyul , 2021 03:14
Nigeriyada 325 nəfər vəbadan ölüb

Son altı ay ərzində vəba epidemiyası Nigeriyanın paytaxtı Abudja şəhəri daxil olmaqla 15 ştatda 325 insanın ölümünə səbəb olub.

“Report” xəbər verir ki, bu barədə "Sinxua" agentliyi milli xəstəliklərə nəzarət mərkəzinə istinadən bildirib.

Qeyd olunub ki, 2021-ci ilin ilk yarısında bu bölgələrdə 14 343 nəfərdə vəba aşkar edilib. Xəstəliyə yoluxanların 27 faizi 5 ilə 14 yaşı arasında olan uşaqlardır.

Vəba - ağır ümumi intoksikasiyası nazik bağırsağın zədələnməsi, su-duz mübadiləsinin pozulması ilə gedən kəskin infeksion xəstəlikdir və çox qorxulu infeksiyalar qrupuna aiddir. Törədicisi - vəba vibrionudur.

Son xəbərlər

Orphus sistemi