Yuxarı

​Nigeriyada 234 qadın və uşaq əsirlikdən xilas edilib

Simbiza meşəsində xüsusi əməliyyat həyata keçirilib

Bakı. 2 may. REPORT.AZ/ Nigeriyada 230-dan çox qadın və uşaq "Boko Haram" terror qruplaşmasının əsirliyindən xilas edilib.

"Report" xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən "Franc-Press" məlumat yayıb.

Hərbçilərin məlumatına görə, Simbiza meşəsində həyata keçirilən əməliyyat nəticəsində 234 nəfər azad edilib.

Bundan əvvəl daha 160 nəfərin girovluqdan xilas edildiyi bildirilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi