Nigeriyada 12 yaşlı kamikadze qız 10 nəfəri qətlə yetirib

Nigeriyada 12 yaşlı kamikadze qız 10 nəfəri qətlə yetirib Partlayış zamanı 8 nəfər ölüb və 31 nəfər isə yaralanıb
Digər ölkələr
17 May , 2015 05:08
Nigeriyada 12 yaşlı kamikadze qız 10 nəfəri qətlə yetirib

Bakı. 17 May. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində mühüm strateji yaşayış qəsəbəsi hesab edilən Damaturda 12 yaşlı kamikadze qız üzərindəki bombanı patladıb.

"Report" xəbər verir ki, partlayış zamanı 8 nəfər ölüb və 31 nəfər isə yaralanıb. Xəstəxanada yerləşdirilən yaralılar arasında vəziyyəti daha ağır olan 2 nəfər dünyasını dəyişib.

Şahidlərin dediyinə görə, kiçik yaşlı kamikadze hicabının altında gizlətdiyi bombanı insanların daha sıx olduğu ticarət mərkəzində partladıb.

Bildirilib ki, Boko Haram radikal islamçılardan ibarət qrup çox vaxt terror aktı törətmək məqsədilə gənc qızlardan istifadə edirlər. Cari ilin fevralında kamikadze qadının törətdiyi partlayış nəticəsində də 7 nəfər qətlə yetirilib və 32 sakin isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi