Nigeriyada neft oğurluğunda şübhəli bilinən 10 nəfər saxlanılıb

Nigeriyada neft oğurluğunda şübhəli bilinən 10 nəfər saxlanılıb Şübhəli şəxslər gəmiyə neft doldurarkən hərbçilər tərəfindən saxlanılıblar
Digər ölkələr
27 Aprel , 2017 03:04
Nigeriyada neft oğurluğunda şübhəli bilinən 10 nəfər saxlanılıb
Courtesy İmage

Bakı. 27 aprel. REPORT.AZ/ Nigeriya Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Delta ştatında neft oğurluğunda şübhəli bilinən 10 nəfəri saxlayıb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" hərbi idarənin nümayəndəsinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, şübhəli şəxslər çərşənbə axşamı səhər tezdən Forkados çayında "Shell Petroleum and Development Company" şirkətinə məxsus gəmiyə neft doldurarkən hərbçilər tərəfindən saxlanılıblar.

Onların arasında iki ukraynalı, bir nigeriyalı, iki pakistanlı, üç qanalı, habelə digər ölkələrin vətəndaşları var. Nigeriya Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi İbrahim Devu bildirib ki, saxlanılanlar "Shell Petroleum" platformasından təxminən 2 milyon metrik ton neft çıxarıblar.

Son xəbərlər

Orphus sistemi