Yuxarı

Nigeriyada 10 yaşlı qızın özünü partlatması nəticəsində 19 nəfər ölüb

Partlayış nəticəsində BQXK-nın nümayəndələri də həlak olub

Bakı. 10 yanvar. REPORT.AZ/ Nigeriyada 10 yaşlı kamikadze qızın üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində 19 nəfər həlak olub.

“Report” xəbər verir ki, terror aktı nəticəsində daha 18 nəfər yaralanıb.

Partlayış nəticəsində Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrinin və yerli sakinlərin öldüyü bildirilir.

Terror aktı insanların çox olduğu bazarda törədilib. Hadisə ilə bağlı məsuliyyəti hələ ki, heç kim öz üzərinə götürməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi