Yuxarı

​Nigeriyada partlayış nəticəsində 5 nəfər ölüb

Partlayıcı qurğunu kamikadze işə salıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində, Qombe şəhərində bazarda bombanın partlaması nəticəsində ən azı beş nəfər ölüb, on nəfər yaralanıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, xilasedicilərin məlumatına görə, partlayıcı qurğunu kamikadze işə salıb.

Terror aktı ilə bağlı məsuliyyəti hələ ki, heç kim öz üzərinə götürməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi