Nigeriya ordusu 800-dən çox insanı yaraqlıların əsirliyindən qurtarıb

Nigeriya ordusu 800-dən çox insanı yaraqlıların əsirliyindən qurtarıb Əməliyyat zamanı 22 yaraqlı məhv edilib
Digər ölkələr
25 Mart , 2016 12:39
Nigeriya ordusu 800-dən çox insanı yaraqlıların əsirliyindən qurtarıb

Bakı. 25 mart. REPORT.AZ/ Nigeriya Silahlı Qüvvələri ölkənin şimal-şərqində "Boko Haram" islamçı qruplaşması tərəfindən əsir götürülmüş 800-dən çox insanı xilas edib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, məlumatı ordunun mətbuat katibi Sani Üsman yayıb.

Bütün əsirlər Borno ştatında xilas edilib.

"Guardian" qəzeti 22 yaraqlının öldürüldüyünü xəbər verib.

Əməliyyat yaraqlıların qonşu Adamava ştatında 16 qadını qaçırdıqları gün keçirilib. 

Son xəbərlər

Orphus sistemi