​Nigeriya əhalisi 2 dəfə artacaq

​Nigeriya əhalisi 2 dəfə artacaq Avropanın sonuncusu isə 33 mln. nəfərlə San-Marinodur
Digər ölkələr
24 Avqust , 2015 19:42
​Nigeriya əhalisi 2 dəfə artacaq

Bakı. 24 avqust. REPORT.AZ/ Əhali sayına görə 2050-ci ildə lider olacaq dünya ölkələrinin siyahısı açıqlanıb. "Report"un verdiyi xəbərə görə, 2050-ci ildə əhalisinin sayı çox olacaq ölkələr sırasında 3 Afrika ölkəsinin adı olacaq.

Məlumata görə, mərkəzi Vaşinqtonda yerləşən "Population Reference Bureau"nun 210 ölkə arasında apardığı araşdırmaya görə, hazırda əhalisinin sıxlığına görə 7-ci olan Nigeriya 2050-ci ildə 4-cü olacaq. Nigeriyanın hazırda 181,8 mln. nəfər əhalisi var ki, bu onu Afrika regionunun birincisi edib. 2050-ci ilin proqnozuna görə, Nigeriyanın əhalisi 214,7 mln. nəfər, yaxud 2,2 dəfə artaraq 396,5 mln. nəfər olacaq.

Afrikanın sonuncusu, yəni 57-cisi olan Seyşel adaları (Seychelles) dövlətinin 92 min 833 nəfər əhalisi var. Hesabata görə, dünya üzrə 199-cu yerdə olan bu ölkənin əhalisi 2050-ci ildə 5 577 nəfər və ya 6,01% artaraq 98 min 410 nəfər olacaq və bu da onu dünya sıralamasında 200-cü edəcək.

Çin, Hindistan və ABŞ-ın sahiblik etdiyi ilk üçlükdə 35 il sonra Çin və Hindistan yerlərini dəyişəcək. Hazırda Çin əhalisi 1,4 mlrd. nəfərdir və 35 il sonra da eyni əhaliyə malik olacaq rəsmi Pekin dünya və Asiya regionunda isə reytinqində ikinciliyə sahiblik edəcək. Çindən fərqli olaraq Hindistan əhalisi 400 mln. nəfər, yəni 30,77% artaraq 1,7 mlrd. nəfər olacaq. Bununla da rəsmi Delhi dünya və Asiya regionunun lideri olacaq.

Əhalisinin sıxlığına görə, 9-cu və 10-cu yerlərə sahiblik edən Rusiya və Meksika 2050-ci ildə öz yerlərini müvafiq olaraq Konqo və Efiopiyaya verəcək.

35 il sonra Rusiyanın əhalisi 10,1 mln. nəfər, yaxud 7% azalaraq 134,2 mln. nəfər çatacaq ki, bu da Rusiyanı dünya ölkələri sırasında 14-cü edəcək. Amma indi olduğu kimi, 2050-ci ildə də Rusiya regional reytinqdə Avropanın birincisi olacaq.

Avropanın sonuncusu isə 33 min nəfərlə San-Marinodur. 2050-ci il üçün əhalisi cəmi 1 000 nəfər, yaxud 3,03% artacaq San-Marino dünya 207-cisi və Avropa 45-cisidir.

Hazırda dünya üçüncüsü və Şimali Amerika regionu üzrə birinci olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) 321,2 mln. nəfər əhalisi var. Qeyd edilən dövr üçün ABŞ əhalisinin 77,1 mln. nəfər, yaxud 24% artaraq 398,3 mln. nəfər olacağı gözlənilir. Bu regionun ikincisi və ya sonuncusu isə Kanadadır. Hazırda 35,8 mln. nəfər əhalisi olan rəsmi Toronto 2050-ci ildə 46,9 mln. nəfərlik əhali ilə dünya 43-cüsü olacaq.

Hazırda 127 mln. nəfər əhaliyə malik Meksikanın əhalisi 2050-ci ildə 163,8 mln. nəfər olacaq ki, bu da 36,8 mln. nəfər, yaxud 28,98% artım deməkdir. Hesabata görə, 2050-ci ildə Meksika dünya ölkələrinin reytinqində 11-ci, region ölkələrinin (Latın Amerikası və Karib ölkələri) sıralamasında isə indiki kimi ikinci olacaq.

Qeyd edək ki, adıçəkilən regionun hazırkı lideri Braziliyanın əhalisi 204,5 mln. nəfərdir ki, bu da onu dünya beşincisi edib. Proqnozlara görə isə Braziliya əhalisi 2050-ci il üçün 21,8 mln. nəfər, yaxud 10,66% artaraq 226,3 mln. nəfər olacaq. Regional liderliyini qoruyan Braziliya dünya ölkələri sırasında yeddinci olacaq.

Latın Amerikası və Karib ölkələri regionunda sonuncu, 38-ci yeri 48 min nəfər əhali ilə Saint Kitts və Nevis (Saint Kitts and Nevis) tutur ki, bu ölkə dünya sıralamasında 204-cüdür. 2050-ci il üçün proqnozlara görə isə bu regionda 38-ci yeri 59,730 mln. nəfərlə Dominikan Respublikası tutacaq.

Sıralamada ən sonuncu ölkə Okeaniyanın 21 kvadratmetr əraziyə malik olan ölkəsi Nauru Respublikasıdır. Hazırda 10 min 860 nəfərlə dünya 210-cusu olan Nauru regionda 17-cidir. 2050-ci il üçün hər iki reytinqini qoruyub saxlayacaq Naurunun əhalisi 6,14 mln. nəfər, yaxud 56,54% artacaq. Bu regionun lider ölkəsi Avstraliya İttifaqı dünya üzrə sıralamada 52-cidir ki, hazırda onun əhalisi 23,9 mln. nəfərdir. Avstraliya əhalisi 10,1 mln. nəfər, yaxud 42,26% artaraq 34 mln. nəfər olacaq. Avstraliya regionda liderliyini saxlasa da, dünya üzrə sıralamada 7 pillə geriləyərək 59-cu olacaq.

Hesabatda insanların orta yaşının 71, qadınlarda 73, kişilkərdə isə 69 olacağı gözlənildiyi açıqlanıb. Hazırda dünya əhalisinin ümumi sayı 7,3 mlrd. nəfər olsa da 2050-ci ildə bu rəqəm 34,25% yaxud 2,5 mlrd. nəfər artaraq 9,8 mlrd. nəfərə çatacaq.

Son xəbərlər

Orphus sistemi