Nigerin sabiq prezidenti vəfat edib

Nigerin sabiq prezidenti vəfat edib Nigerin keçmiş prezidenti Mamadu Tandja 82 yaşında dünyasını dəyişib.
Digər ölkələr
25 Noyabr , 2020 03:32
Nigerin sabiq prezidenti vəfat edib
Mamadu Tandja

Nigerin keçmiş prezidenti Mamadu Tandja 82 yaşında dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə RFI radiosu bildirib.

"Respublikanın prezidenti və hökuməti Niger Respublikasının sabiq prezidenti Mamadu Tandjinin noyabrın 24-də Niameedə ölümü haqqında təəssüflə bildirir", - Niger hakimiyyətinin bəyanatında deyilir.

Tandjinin ölüm səbəbi açıqlanmır. Ölkədə üçgünlük matəm elan edilib.

Mamadu Tandja 1999-cu ilin dekabrından 2010-cu ilin fevralına qədər Niger prezidenti olub. O, 2010-cu ildə hərbi devriliş nəticəsində qiyamçılar tərəfindən devrilib. Bundan dərhal sonra Mamadu həbs edilib, ancaq 2011-ci ilin mayında onu azad ediblər.

Son xəbərlər

Orphus sistemi