Nigerdə terrorçuların hücumu zamanı bir neçə hərbçi öldürülüb

Nigerdə terrorçuların hücumu zamanı bir neçə hərbçi öldürülüb Nigerdə “Boko Haram" terrorçuları ilə atışma zamanı dörd hərbçi həlak olub
Digər ölkələr
5 Aprel , 2021 05:06
Nigerdə terrorçuların hücumu zamanı bir neçə hərbçi öldürülüb

Nigerdə “Boko Haram" terrorçuları ilə atışma zamanı dörd hərbçi həlak olub.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Orduda bildirilib ki, döyüşçülər ağır silahlardan istifadə ilə ölkənin cənub-şərqində Diffa regionunda hərbçilərin postuna hücum ediblər. Atışma zamanı daha üç hərbçi yaralanıb.

"Boko Haram" 2000-ci illərin əvvəllərindən bir sıra ölkələrdə fəaliyyət göstərir. 2009-cu ildən 20 mindən çox insan terror təşkilatının qurbanı olub. Qruplaşma həmçinin 2015-ci ildən qonşu Kameruna, Çada və Nigeriyaya hücumlar təşkil edir.

Çad gölü ərazisində azı iki min insan terrorçuların qurbanı olub.

Son xəbərlər

Orphus sistemi