Nigerdə seçki komissiyasının avtomobili seçkilər günü minaya düşüb, ölənlər var

Nigerdə seçki komissiyasının avtomobili seçkilər günü minaya düşüb, ölənlər var Nigerin Seçki Komissiyasına məxsus avtomobil ölkənin cənub-qərb hissəsində minaya düşərək partlayıb
Digər ölkələr
21 Fevral , 2021 20:42
Nigerdə seçki komissiyasının avtomobili seçkilər günü minaya düşüb, ölənlər var

Nigerin Seçki Komissiyasına məxsus avtomobil ölkənin cənub-qərb hissəsində minaya düşərək partlayıb.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyətin nümayəndəsinə istinadən “Reuters” agentliyi bildirib.

Məlumata görə, partlayış nəticəsində yeddi nəfər həlak olub, daha üç nəfər xəsarət alıb.

Hadisənin təfərrüatları açıqlanmır.

Qeyd edək ki, bu gün Nigerdə prezident seçkilərinin ikinci turunun səsvermələri keçirilir.

Son xəbərlər

Orphus sistemi