Nigerdə qaçqın düşərgəsinə hücum zamanı 22 hərbçi həlak olub

Nigerdə qaçqın düşərgəsinə hücum zamanı 22 hərbçi həlak olub Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib
Digər ölkələr
7 Oktyabr , 2016 02:53
Nigerdə qaçqın düşərgəsinə hücum zamanı 22 hərbçi həlak olub

Bakı. 7 oktyabr. REPORT.AZ/ Nigerdə silahlı şəxslərin qaçqın düşərgəsinə hücumu zamanı 22 hərbçi həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Reuters" ölkənin baş naziri Briqi Rafiniyə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə dünən baş verib.

"Biz Tassalitdə düşərgəyə hücum haqda məlumat əldə etmişik. Son məlumata görə, 22 hərbçi həlak olub" – deyə baş nazir bildirib.

O, əlavə edib ki, ölənlərin sayı arta bilər.

Ölkənin mərkəzi hissəsindəki düşərgədə Malidən olan qaçqınlar məskunlaşıblar.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi