Nigerdə ​​leysan yağışlar nəticəsində 50-dən çox insan ölüb

Nigerdə ​​leysan yağışlar nəticəsində 50-dən çox insan ölüb Ölkənin şimal-şərqindəki Bauçi əyalətində 1 500 ev dağılıb
Digər ölkələr
12 Avqust , 2021 18:38
Nigerdə ​​leysan yağışlar nəticəsində 50-dən çox insan ölüb

Nigerdə ​​leysan yağışlar nəticəsində 50-dən çox insan ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Nigerin mülki müdafiə xidmətinin rəisi, polkovnik Bako Boubakar məlumat verib.

"Avqustun 12-nə olan məlumata görə, 55 nəfər öldürülüb, 53 mindən çox insanın yaşadığı 6 mindən artıq yaşayış evi dağılıb", - B.Boubakar deyib.

Qeyd edək ki, ötən həftə yağan güclü yağışlar paytaxt Niamey şəhərinin məhəllələrinə ciddi ziyan vurub.

Bununla yanaşı, ölkənin şimal-şərqindəki Bauçi əyalətində 1 500 ev dağılıb.

Son xəbərlər

Orphus sistemi