Bakı. 21 mart. REPORT.AZ/ Niger və Çadın hərbi silahlı qüvvələri bu yaxınlarda silahlı qruplaşmadan azad etdikləri Damasak şəhərində (Niger) bir yerdə dəfn olunmuş 70 ölü aşkar ediblər.
“Report” BBC-yə istinadən xəbər verir ki, Niger ilə sərhəddə yerləşən şəhər bu yaxınlarda “Boko Haram” terror qruplaşmasının üzvlərindən geri alınıb.
Əldə edilən məlumatlara görə, tapılan insanlar artıq bir müddət əvvəl qətlə yetiriliblər.