Nigerdə Fransanın "Foraco" şirkətinin binasına hücum olub, 8 nəfər ölüb

Nigerdə Fransanın "Foraco" şirkətinin binasına hücum olub, 8 nəfər ölüb Şirkətin daha beş əməkdaşı yaralanıb, onlardan ikisi ağır vəziyyətdədir
Digər ölkələr
22 Noyabr , 2018 17:56
Nigerdə Fransanın Foraco şirkətinin binasına hücum olub, 8 nəfər ölüb
bdnews24.com

Bakı. 22 noyabr. REPORT.AZ/ Nigerin cənub-şərqindəki Diffa regionunda yaraqlıların Fransanın "Foraco" qazma şirkətinə məxsus binaya hücum etməsi nəticəsində 8 nəfər ölüb, 5 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, müvafiq bəyanat şirkətin rəsmi saytında yerləşdirilib.

"Bir qrup yaraqlı yerli vaxtla saat 02:00-da "Foraco"nun əməkdaşlarının içərisində yatdığı kiçik binaya soxulub və əməkdaşlardan yeddisini, eləcə də bir Niger vətəndaşını öldürüb. Beş əməkdaş yaralanıb, onlardan ikisi ağır vəziyyətdədir", - bəyanatda deyilir.

"Reuters" Nigerin təhlükəsizlik strukturlarındakı mənbəyinə istinadən hücumu Nigeriya, Niger, Kamerun və Çad ərazisində fəaliyyət göstərən radikal "Boko Haram" radikal qruplaşmasının xadimlərinin edə biləcəyini bildirib.

Qeyd edək ki, ekstremistlər 2015-ci ilin mart ayında İŞİD terror təşkilatına sadiqliklərinə dair and içiblər.

Son xəbərlər

Orphus sistemi