Nigerin üsyançı lideri general Abdurəhman Çiani çevrilişdən sonra mərkəzi orqan olan Vətənin Xilası Milli Şurası (NCSR) tərəfindən təyin edilmiş ölkənin yeni baş naziri Əli Lamin Zein ilə görüşüb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, görüş Niameydəki prezident sarayında baş tutub.
Çianinin sədri olduğu Milli Şura 58 yaşlı iqtisadçı Zeini avqustun 7-də baş nazir təyin edib.
Qeyd edək ki, 2003-2010-cu illərdə Zein ölkənin maliyyə naziri olub.