Yuxarı

​Niger ordusu yüzdən çox "Boko Haram" terrorçusunu məhv edib

Ordu öz tərəfindən dörd əsgərini itirib

Bakı. 7 fevral. REPORT.AZ/ Nigerdə "Boko Haram" terror təşkilatının 109 silahlısı zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu barədə ölkə hakimiyyətinin bəyanatına istinadən Franc-Press məlumat yayıb.

Niger öz tərəfindən dörd əsgərini itirib və bir dinc sakin həlak olub.

Nigeriya ilə sərhəddə, Bosso və Difa şəhərlərində baş tutan toqquşmalar daha iki əsgərin ölümü və 17 güc strukturu əməkdaşının yaralanması ilə nəticələnib. Döyüşlərdə Çad ordusu da iştirak edib.

Fevralın 4-ü səhər saatlarında "Boko Haram" terrorçularının Kamerunun şimalında yerləşən Fotokol şəhərinə hücum etməsi nəticəsində 100-dən artıq insan qətlə yetirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi