​Nigerdə Fransanın Mədəniyyət Mərkəzi yandırılıb

​Nigerdə Fransanın Mədəniyyət Mərkəzi yandırılıb Mərkəzin giriş qapısının dağıdılması, kafe, kitabxana və ofislərin yandırılmasında təqribən 50 nəfər iştirak edib
Digər ölkələr
16 Yanvar , 2015 21:51
​Nigerdə Fransanın Mədəniyyət Mərkəzi yandırılıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Nigerin cənubunda yerləşən Zinder şəhərində "Charlie Hebdo" həftəlik jurnalının son buraxılışında İslam peyğəmbəri Məhəmməd (s)ın karikaturalarının dərc olunmasından hiddətə gələn etirazçılar, Fransanın ölkədəki Mədəniyyət Mərkəzini yandırıblar.

"Report" xəbər verir ki, bu barədə müəssisə direktoruna istinadən "Franc-Press" agentliyi məlumat yayıb.

Mərkəzin giriş qapısının dağıdılması, kafe, kitabxana və ofislərin yandırılmasında təqribən 50 nəfər iştirak edib.

Onları, hətta iki polis əməkdaşının xəbərdarlıq atəşi açması belə dayandırmayıb.

Son xəbərlər

Orphus sistemi