​Niderlandlı qadın Suriyaya gedərək qızını terrorçulardan geri alıb

​Niderlandlı qadın Suriyaya gedərək qızını terrorçulardan geri alıb Qadın polisin xəbərdarlıqlarına məhəl qoymayıb
Digər ölkələr
20 Noyabr , 2014 07:09
​Niderlandlı qadın Suriyaya gedərək qızını terrorçulardan geri alıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Niderland vətəndaşı "İraq-Şam İslam Dövləti" (İŞİD) terrorçusuna ərə getdikdən sonra Rəqqa şəhərinə yollanan qızını geri qaytarıb.

"Report" xəbər verir ki, qadın polisin "risk etməmək" və "səfərdən imtina etmək" kimi xəbərdarlıqlarına məhəl qoymayaraq Suriyaya yollanıb.

Qızı Aişə anası ilə Niderlanda qayıdan kimi həbs olunub. O, vətənini cari ilin fevral ayında tərk edib və türk mənşəli holland İŞİD-çiyə ərə gedib.

Lakin nikah uğursuz olub və Aişə kömək üçün qohumlarına müraciət edib.

Son xəbərlər

Orphus sistemi