Niderlandın baş naziri Türkiyədən üzr istəməyəcəyini bildirib

Niderlandın baş naziri Türkiyədən üzr istəməyəcəyini bildirib Ryutte əlavə edib ki, ona üzr istəyib-istəməyəcəyi haqqında sual verən jurnalistlər ağıllarını itirir
Digər ölkələr
2310
13 Mart , 2017 05:51
Niderlandın baş naziri Türkiyədən üzr istəməyəcəyini bildirib
Courtesy İmage

Bakı. 13 mart. REPORT.AZ/ Niderlandın baş naziri Mark Ryutte Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini ölkəyə buraxmaqdan imtina etməsi ilə əlaqədar hökumət adından üzr istəməyəcəyini bildirib.

"Report"un məlumatına görə, bu barədə "Wakker Nederland" telekanalı xəbər verib.

"Üzr istəməkdən söhbət gedə bilməz. Onlar dünən etdiklərinə görə üzr istəməlidirlər" - deyə baş nazir vurğulayıb. 

Bununla yanaşı, Mark Ryutte iki ölkə arasındakı gərginliyi aradan qaldırmağa hazır olduğunu da qeyd edib. "Mən gərginliyin aradan qaldırılmasına hazırlaşıram, amma üzr istəməyəcəm", - deyə o bir daha təkrar edib.

Bundan başqa, Ryutte əlavə edib ki, ona üzr istəməsi haqqında sual vermiş jurnalistlər ağıllarını itirir.

Son xəbərlər

Orphus sistemi