Niderlandın baş naziri Türkiyə ilə münasibətləri yoluna qoymaq niyyətindədir

Niderlandın baş naziri Türkiyə ilə münasibətləri yoluna qoymaq niyyətindədir Mark Rötte: "Biz gərginliyin aradan qaldırılması üçün əlimizdən gələni edəcəyik"
Digər ölkələr
12 Mart , 2017 16:57
Niderlandın baş naziri Türkiyə ilə münasibətləri yoluna qoymaq niyyətindədir

Bakı. 12 mart. REPORT.AZ/ Niderlandın baş naziri Mark Rötte Türkiyə ilə gərginləşən münasibətləri yoluna qoymağa çalışacağını bildirib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Onun sözlərinə görə, Niderland hökuməti "gərginliyin azaldılması üzərində işləri davam etdirəcək".

"Əgər Türkiyə gərginləşmə yolunu seçərsə, cavab vermək məcburiyyətində qalacağıq, lakin biz gərginliyin aradan qaldırılması üçün əlimizdən gələni edəcəyik", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi