Niderlandın Baş naziri Mark Rütte növbəti 5 il müddətinə parlamentə keçiriləcək seçkidə namizədliyinin irəli sürməyəcəyini və siyasətdən gedəcəyini bildirib.
“Report” xəbər verir ki, bu barədə məlumatı “apnews” yayıb.
Qeyd edək ki, iyulun 7-də Niderland hökuməti ölkədəki miqrasiya böhranını həll etmək üçün yekun iclas keçirib. Bildirilib ki, hökumət əmək və yüksək ixtisaslı mütəxəssislərin miqrasiyası ilə bağlı razılığa gələ bilməyib.
Bundan sonra Mark Rütte istefa verdiyinin açıqlayıb. O, 2010-cu ildən Niderlandın baş naziridir. 2021-ci ildə siyasətçi daha 10 il Baş nazir kimi kifayət qədər enerjiyə malik olduğunu bildirmişdi.
Xatırladaq ki, Mark Rütte 1967-ci il fevralın 14-də Niderlandın Haaqa şəhərində anadan olub.