Niderlandda yaşayan türklərin yaratdıqları partiya parlamentdə 3 yer qazanıb

Niderlandda yaşayan türklərin yaratdıqları partiya parlamentdə 3 yer qazanıb Onların millət vəkillərinin sayının 5-ə çatacağı ehtimalı var
Digər ölkələr
16 Mart , 2017 11:07
Niderlandda yaşayan türklərin yaratdıqları partiya parlamentdə 3 yer qazanıb

Bakı. 16 mart. REPORT.AZ/ Niderland krallığının vətəndaşı olan türklər ötən gün keçirilən parlament seçkilərində 3 deputat yeri qazanıblar.

“Report” Hürriyet-ə istinadən xəbər verir ki, türk deputatların qurduğu DENK Partiyasının parlamentdə 3 deputatla təmsil olunması təmin edilsə də onların millət vəkillərinin sayının 5-ə çatacağı ehtimalı var.

Bu partiyanı Hollandiya Leyboristlər Pariyası üzvlüyündən çıxarılan türk deputatlar - Tunahan Kuzu və Səlcuq Öztürk qurub. DENK Partiyası 2015-ci il fevralın 9-da təsis edilib. Bu siyasi təşkilat daha çox krallıqdakı etnik azlıqların haqlarını müdafiə edir.

Tunahan Kuzu və Səlcuq Öztürk 2014-cü il noyabrın 14-də Leyborist Partiyasının inteqrasiya siyasətinə səs vermədikləri üçün təşkilatdan çıxarılıb. Noyabrın 15-də türk millət vəkilləri partiyanın siyasətinin daha da sərtləşdiyini və ifrat sağ meyilləndiyini bəyan edərək, bu prosesə qarşı yeni bir hərəkat quracaqlarını bəyan ediblər. Flamand dilində “DENK” sözünün mənası “Düşün” deməkdir. 

Tunahan Kuzu və Səlcuq Öztürk

Son xəbərlər

Orphus sistemi