Niderlandda türklərin nümayişi güc yolu ilə dağıdılıb

Niderlandda türklərin nümayişi güc yolu ilə dağıdılıb Polis nümayişə dəyənəklə müdaxilə edib
Digər ölkələr
12 Mart , 2017 01:02
Niderlandda türklərin nümayişi güc yolu ilə dağıdılıb

Bakı. 12 mart. REPORT.AZ/ Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanın avtomobilinin saxlanıldığı yerdə toplaşan türk nümayişçiləri güc istifadə edərək dağıdıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, polis Türkiyənin Rottterdam Baş konsulluğu yaxınlığında keçirilən nümayişə dəyənəklə müdaxilə edib.

Atlı polislərin də istifadə edildiyi müdaxilə zamanı bəzi nümayişçilərin yerə yıxıldığı görülüb.

Nazir Qayanın nəqliyyat vasitəsinin yaxınlığından uzaqlaşdırılan nümayişçilər, küçələrdə şüarlar səsləndirərək etirazlarını davam etdirir.

Son xəbərlər

Orphus sistemi