Niderlandda soyuq silahla iki hücum nəticəsində ölən və yaralananlar var

Niderlandda soyuq silahla iki hücum nəticəsində ölən və yaralananlar var İki hadisə arasında əlaqənin olub-olmadığı barədə açıqlama verməyib
Digər ölkələr
15 Dekabr , 2017 01:54
Niderlandda soyuq silahla iki hücum nəticəsində ölən və yaralananlar var

Bakı. 15 dekabr. REPORT.AZ/ Niderlandın Maastrixt şəhərində baş verən iki hücum nəticəsində bir nəfər öldürülüb, daha bir neçə nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə "1Limburg" nəşri məlumat yayıb.

Bildirilir ki, polis hələ ki, iki hadisə arasında əlaqənin olub-olmadığı barədə açıqlama verməyib. Məlumata görə, hücumlar zamanı bıçaqdan istifadə olunub.

Birinci hücum Botsaartstraat küçəsi ərazisində, ikincisi isə onun yaxınlığında - Joseph Postmesstraat küçəsində qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi