Niderlandda ictimai yerlərdə niqab avqustun 1-dən qadağan olunacaq

Niderlandda ictimai yerlərdə niqab avqustun 1-dən qadağan olunacaq Niderlandda üzü bağlayan geyimlərin qadağan edilməsi ilə bağlı qərar cari ilin avqust ayının birində qüvvəyə minəcək.
Digər ölkələr
1 Aprel , 2019 22:46
Niderlandda ictimai yerlərdə niqab avqustun 1-dən qadağan olunacaq

Niderlandda üzü bağlayan geyimlərin qadağan edilməsi ilə bağlı qərar cari ilin avqust ayının birində qüvvəyə minəcək.

"Report" xəbər verir ki, bu barədə hökumətin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, ictimai nəqliyyat, məktəblər, xəstəxanalar və dövlət müəssisələrində pərəncə və niqab (üz örtüyü - "Report") qadağan ediləcək.

Qaydanı pozanları 410 avro cərimə gözləyir. Qadağanı özündə əks etdirən qanunu 2016-cı ildə parlamentin ikinci palatası, 2018-ci ildə isə Senat qəbul edib.

Qeyd edək ki, bundan öncə Danimarka, Avstriya, Belçika, Fransa, İsveçrə və İspaniyanın bir sıra rayonlarında, Kanadanın Kvebek əyalətində bu cür qadağalar tətbiq edilib. 

Son xəbərlər

Orphus sistemi