Niderlandda koronavirusdan ölənlərin sayı 5 400-ü ötdü

Niderlandda koronavirusdan ölənlərin sayı 5 400-ü ötdü Niderlandda son sutkada 289 nəfər yoluxub.
Digər ölkələr
9 May , 2020 17:25
Niderlandda koronavirusdan ölənlərin sayı  5 400-ü ötdü

Niderlandda son sutkada 289 nəfər yoluxub.

“Report” xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə Qurumu açıqlayıb.

Məlumata görə, Niderlandda 42 382 yoluxma hadisəsi qeydə alınıb. 

Bildirilib ki, krallıqda son sutkada pandemiya qurbanlarının sayı daha 63 nəfər artaraq 5 422-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4 milyonu ötüb. Bunların 1,4 milyon nəfərdən çoxu sağalıb, 276 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi