Niderlandda koronavirusa yoluxanların sayı 37,8 mini ötdü

Niderlandda koronavirusa yoluxanların sayı 37,8 mini ötdü Niderlandda COVID-19 infeksiyasına yoluxanların sayı artıb.
Digər ölkələr
26 Aprel , 2020 17:33
Niderlandda koronavirusa yoluxanların sayı 37,8 mini ötdü

Niderlandda COVID-19 infeksiyasına yoluxanların sayı artıb.

“Report”un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Milli İnstitutu bildirib.

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxanların sayı 37 845 nəfərə çatıb. Niderlandda son bir gün ərzində COVID-19-a yeni 655 yoluxma təsdiqlənib. Bununla yanaşı, koronavirus diaqnozu qoyulmuş 66 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi