Niderlandda koronavirusa yoluxanların sayı 41 mini ötdü

Niderlandda koronavirusa yoluxanların sayı 41 mini ötdü Niderlandda ötən sutkada 317 nəfərə koronavirus diaqnozu qoyulub.
Digər ölkələr
101
5 May , 2020 16:52
Niderlandda koronavirusa yoluxanların sayı 41 mini ötdü
0 : 00
0 : 00

Niderlandda ötən sutkada 317 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə Qurumu açıqlayıb.

Məlumata görə, Niderlandda qeydə alınan yoluxma hallarının sayı 41 087-yə yüksəlib.

Bildirilib ki, krallıqda pandemiya qurbanlarının sayı daha 86 nəfər artaraq 5 168-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,6 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 252 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi