Niderlandda koronavirus qurbanlarının sayı 5 900-ü ötdü

Niderlandda koronavirus qurbanlarının sayı 5 900-ü ötdü Niderlandda son bir gündə COVID-19 infeksiyasına 182 yeni yoluxma aşkarlanıb.
Digər ölkələr
29 May , 2020 06:09
Niderlandda koronavirus qurbanlarının sayı 5 900-ü ötdü

Niderlandda son bir gündə COVID-19 infeksiyasına 182 yeni yoluxma aşkarlanıb.

"Report" xəbər verir ki, bu barədə Milli Səhiyyə İnstitutu bildirib.

Qeyd edilir ki, bununla da ölkədə virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 45 950-yə çatıb.

Son sutkada COVID-19-dan daha 32 nəfər ölüb. Bununla da Niderlandda pandemiya qurbanlarının ümumi sayı 5 903 nəfərə çatıb. 

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi