Niderlandda təcrid olunmuş şəraitdə yaşayan ailə aşkarlanıb

Niderlandda təcrid olunmuş şəraitdə yaşayan ailə aşkarlanıb Niderlandın Drente əyalətindəki Ruinervold kəndində altı nəfərdən ibarət bir ailənin bir fermada tənha yaşadığı məlum olub.
Digər ölkələr
112
16 Oktyabr , 2019 19:45
Niderlandda təcrid olunmuş şəraitdə yaşayan ailə aşkarlanıb

Niderlandın Drente əyalətindəki Ruinervold kəndində altı nəfərdən ibarət bir ailənin bir fermada tənha yaşadığı məlum olub.

“Report” DW-yə istinadən xəbər verir ki, ötən gün yaxınlıqdakı bir barın sahibi polisə zəng vuraraq təlaşlı olduğu hiss olunan saqqallı, nimdaş geyimli bir gəncin beş pivə sifariş etdiyini, həmçinin gəldiyi yeri nişan verərək təcili köməyə ehtiyaclarının olduğunu söylədiyini bildirib.

Bundan sonra həmin fermaya gələn polis əməkdaşları 18-25 yaş arası beş gəncdən və ataları olduğu bildirilən 58 yaşlı kişidən ibarət bir ailənin tənha, ətraf aləmdən təcrid olunmuş vəziyyətdə 9 ildir yaşadığını müəyyənləşdirib. Polisin məlumatına görə, Avstriya vətəndaşı olan sözügedən şəxs əslində onların atası deyilmiş.

Avstriyanın Xarici İşlər Nazirliyi həmin şəxsin həbs olunduğunu bildirib.

Bu şəxslərin tənha yaşamasının səbəbi hələlik tam bilinməsə də, yerli KİV-də onların dünyanın sonunu gözlədikləri barədə dolaşan iddialar məsələni araşdırmağa davam edən polis tərəfindən şayiə olaraq dəyərləndirilir. Yerli bələdiyyə başçısına görə, gənclərin anası bir neçə ildir vəfat edib.

Son xəbərlər

Orphus sistemi