Niderlandda bir neçə etirazçı həbs edilib

Niderlandda bir neçə etirazçı həbs edilib Niderland məhkəməsi noyabrın 19-da Rotterdamda baş vermiş iğtişaşların iki iştirakçısına 5 ay həbs cəzası verib.
Digər ölkələr
25 Noyabr , 2021 03:49
Niderlandda bir neçə etirazçı həbs edilib

Niderland məhkəməsi noyabrın 19-da Rotterdamda baş vermiş iğtişaşların iki iştirakçısına 5 ay həbs cəzası verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Niderland Yayım Korporasiyası məlumat yayıb.

Həbs edilənlərdən hər ikisinə bir il ərzində Rotterdamın mərkəzində görünmək qadağan edilib.

Etitrazlarda iştirak edən 26 yaşlı gənc qız isə polis maşınına ziyan vurduğuna görə 1 000 avro cərimələnib.

Xatırladaq ki, noyabrın 19-da Rotterdamda koronavirus məhdudiyyətlərinə qarşı nümayiş iğtişaşlara çevrilib, etirazçılar mağazaların vitrinlərini sındırıblar, polis əməkdaşlarına daş atıblar. İğtişaşlar zamanı azı 4 polis maşını yandırılıb.

Polis kütləni dağıtmaq üçün atəş açmalı olub. Nəticədə bir neçə nəfər yaralanıb. Qarşıdurmalar zamanı habelə bir neçə polis əməkdaşı da xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi