Niderlandda koronavirusdan ölənlərin sayı 4 893 nəfərə çatıb.
“Report” xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə Qurumu açıqlayıb.
Məlumata görə, ölkədə ötən sutkada 98 nəfər pandemiyanın qurbanı olub.
Bildirilir ki, ölkədə indiyədək 39 791 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 329 000-i ötüb. Bunların 1 053 040 nəfəri sağalıb, 234 725 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.