Niderland və Belçika İŞİD-ə qarşı əməliyyatlara qoşulur

Niderland və Belçika İŞİD-ə qarşı əməliyyatlara qoşulur Ölkələr koalisiyanı dəstəkləmək üçün 6 F-16 qırıcı təyyarəsini göndərməyi planlaşdırırlar
Digər ölkələr
25 Sentyabr , 2014 16:59
Niderland və Belçika İŞİD-ə qarşı əməliyyatlara qoşulur

Bakı. 25 sentyabr. REPORT.AZ/ Belçika və Niderland hökumətləri İraqda "İslam dövlət" (İŞİD) radikal qruplaşmasına qarşı əməliyyatlarda iştirak etmək qərarına gəliblər. Bu barədə "Report"  "France-Presse"ə istinadən xəbər verir.

Tərəflərin hər biri artıq İŞİD ilə mübarizə aparan ABŞ və Fransanı dəstəkləmək üçün 6 F-16 qırıcı təyyarəsini göndərməyi planlaşdırır. Təyyarələr İordaniyada yerləşdiriləcək. Belçika həmçinin 120 nəfərdən ibarət xidməti heyət göndərəcək. Niderland bunun üçün 250 nəfərdən ibarət qrup yaradacaq. Bundan başqa, Hollandiya İraqa 130 hərbi təlimatçı göndərmək niyyətindədir. 

Lakin Belçika və Niderland Suriya ərazisində aviazərbələrdə iştirak etməyəcək. 

Son xəbərlər

Orphus sistemi