​Niderland Suriyada İŞİD-in bombalanmasına qoşulmaq niyyətindədir

​Niderland Suriyada İŞİD-in bombalanmasına qoşulmaq niyyətindədir Baş nazir: "Biz bu məsələni ciddi şəkildə nəzərdən keçiririk"
Digər ölkələr
19 Noyabr , 2015 22:11
​Niderland Suriyada İŞİD-in bombalanmasına qoşulmaq niyyətindədir

Bakı. 19 noyabr. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi koalisiyaya daxil olan Niderland Suriyada "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması yaraqlılarına qarşı hava kampaniyasına qoşulmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə ölkənin baş naziri Mark Rütte Parisdəki terror aktlarından sonra keçirilən parlament müzakirələri zamanı bildirib.

"Biz bu məsələni ciddi şəkildə nəzərdən keçiririk və sərhədin Suriya tərəfinə necə töhfə verə biləcəyimizi öyrənirik", - deyə Rütte bildirib.

"Bunadək Niderlandın qonşu Suriyanı bombardıman etmək üçün beynəlxalq-hüquqi əsası yox idi. İndi bu var. Hüquqi cəhətdən artıq heç bir maneə yoxdur", - deyə Müdafiə Nazirliyinin mətbuat katibi Saşa Louvhof bildirib.

Son xəbərlər

Orphus sistemi