Niderland limanları Rusiya nefti olan gəmiləri qəbul etməkdə davam edir

Niderland limanları Rusiya nefti olan gəmiləri qəbul etməkdə davam edir Niderlandlı liman işçilərinin Rusiya nefti ilə yüklənən “Sunny Liger” gəmisini boşaltmaqdan imtina etməsi tək bir hadisə idi. Rusiya nefti daşıyan gəmilər Niderlanda gəlməkdə davam edir.
Digər ölkələr
2 May , 2022 05:50
Niderland limanları Rusiya nefti olan gəmiləri qəbul etməkdə davam edir

Niderlandlı liman işçilərinin Rusiya nefti ilə yüklənən “Sunny Liger” gəmisini boşaltmaqdan imtina etməsi tək bir hadisə idi. Rusiya nefti daşıyan gəmilər Niderlanda gəlməkdə davam edir.

“Report” xəbər verir ki, bu barədə “Niderlandın Yayım Korporasiyası” məlumat yayıb.

“CB Caribic neft tankeri bu gün səhər saatlarında Amsterdam limanına daxil olub. Bildiyimizə görə, onun boşaldılmasında heç bir problem olmayıb. Bu onunla bağlıdır ki, liman işçilərinin həmkarlar ittifaqı öz üzvlərini işdən imtina etməyə çağırmayıb”,- telekanal qeyd edib.

Son xəbərlər

Orphus sistemi