Niderland hökuməti uşaq müavinatı qalmaqalına görə istefa verib

Niderland hökuməti uşaq müavinatı qalmaqalına görə istefa verib Niderlandın baş naziri Mark Rütte vəzifəsindən istefa vermək barədə qərar qəbul edib.
Digər ölkələr
15 Yanvar , 2021 17:16
Niderland hökuməti uşaq müavinatı qalmaqalına görə istefa verib
Mark Rütte

Niderlandın baş naziri Mark Rütte vəzifəsindən istefa vermək barədə qərar qəbul edib.

“Report”un xəbərinə görə, məlumatı Niderland Teleradio Yayımı Şirkəti yayıb.

Baş nazir istefa ərizəsini ölkənin kralı Villem-Aleksanderə təqdim edəcək.

Məlumata görə, Niderland hökuməti uşaq müavinatı qalmaqalına görə tam tərkibdə istefa verib.

Qeyd edək ki, ötən il dekabrın ortalarında parlament komitəsi Niderlanddakı bir çox valideynin uşaqpulu sistemindən sui-istifadədə günahlandırıldığını göstərən istintaqın nəticələrini açıqlayıb. Sənəddə ən az 9 min ailə ilə əlaqəli səhvlərin edildiyi, ancaq, əslində, daha çox ola biləcəyi qeyd edilib. Bunun günahı nazirlər, dövlət qulluqçuları, deputatlar və hətta məhkəmələrin üzərinə qoyulur ki, onlar da son dərəcə çətin maddi vəziyyəti olan ailələrə vəsaiti dövlət xəzinəsinə geri qaytarmaq əmri verildikdən sonra kömək etməyib.

Niderlanddakı növbəti seçkilər martın 17-nə planlaşdırılıb. Seçkilər tarixinin dəyişdirilməsi ilə bağlı dəyişiklik gözlənilmir.

Son xəbərlər

Orphus sistemi