Niderland Kral Hava Yolları İran və İraq üzərindən uçuşlar həyata keçirməyəcəyini açıqlayıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb İranın Ukrayna təyyarəsini vurmasıdır.
Aviaşirkətdən bildirilib ki, “Air France-KLM”in törəmə şirkəti olan KLM təhlükəsizlik səbəblərinə görə İran və İraq hava sahələrinə girməyəcək.
Vurğulanıb ki, KLM-in həmin bölgədəki sonuncu reysi insidentdən bir saat öncə baş tutub.