Netanyahuya hökuməti formalaşdırmaq üçün daha on gün vaxt verilib

Netanyahuya hökuməti formalaşdırmaq üçün daha on gün vaxt verilib İsrail Prezidenti İshaq Hersoq Likud Partiyasının sədri Binyamin Netanyahuya koalisiya hökumətini formalaşdırmaq üçün daha on gün vaxt verib.
Digər ölkələr
9 Dekabr , 2022 17:10
Netanyahuya hökuməti formalaşdırmaq üçün daha on gün vaxt verilib

İsrail Prezidenti İshaq Hersoq Likud Partiyasının sədri Binyamin Netanyahuya koalisiya hökumətini formalaşdırmaq üçün daha on gün vaxt verib.

“Report” xəbər verir ki, məlumatı İsrail KİV-ləri yayıb.

Bildirilib ki, Benyamin Netanyahu dekabrın 8-də əlavə olaraq 14 gün möhlət istəmişdi.

Xaıtrladaq ki, noyabrın 3-də İsraildə parlament seçkiləri keçirilib. Likud Partiyası hökuməti təkbaşına formalaşdırmaq üçün yetərli səs toplamayıb. Noyabrın 13-də İsrail Prezidenti hökuməti formalaşdırmaq üçün ona mandat verib. Bu möhlətin müddəti dekabrın 11-də başa çatır. İshaq Hersoqun verdiyi yeni möhlət ona dekabrın 21-dək koalisiya hökuməti formalaşdırmağa imkan verir.

Son xəbərlər

Orphus sistemi