Netanyahu yenidən xarici ölkələrə səfərlərini təxirə saldı

Netanyahu yenidən xarici ölkələrə səfərlərini təxirə saldı İsrailin Baş naziri Binyamin Netanyahunun növbəti həftə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Bəhreynə planlaşdırılan rəsmi səfəri yenidən təxirə salınıb.
Digər ölkələr
30 Dekabr , 2020 05:59
Netanyahu yenidən xarici ölkələrə səfərlərini təxirə saldı
Binyamin Netanyahu
0 : 00
0 : 00

İsrailin Baş naziri Binyamin Netanyahunun növbəti həftə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Bəhreynə planlaşdırılan rəsmi səfərləri yenidən təxirə salınıb.

“Report” xəbər verir ki, bu barədə “Walla News” nəşri məlumat yayıb.

Məlumata görə, bu dəfə səfərlər İsraildə yeni növ koronavirusa yoluxanların sayının artması ilə əlaqədar karantin tədbirlərinin sərtləşməsinə görə təxirə salınıb.

Nəşrə əsasən, informasiya BƏƏ-dəki mənbələr tərəfindən təsdiq olunub.

İsrailin hökumət başçısının rəsmi Təl-Əvivin bu yaxınlarda diplomatik münasibətlər qurduğu iki ölkəyə səfəri artıq ikinci dəfədir təxirə salınır. Səfər əvvəlcə dekabrın 1-də nəzərdə tutulmuşdu, amma BƏƏ hakimiyyətinin xahişilə, dekabrın 2-də ölkədə Müstəqillik Gününün bayram edilməsi ilə əlaqədar başqa vaxta keçirilmişdi.

Son xəbərlər

Orphus sistemi