Netanyahu: Rəfahda aktiv döyüşlər mərhələsi tezliklə başa çatacaq

Netanyahu: Rəfahda aktiv döyüşlər mərhələsi tezliklə başa çatacaq “Qəzza zolağının Rəfah şəhərində Fələstinin radikal HƏMAS hərəkatına qarşı aktiv döyüşlər mərhələsi tezliklə başa çatacaq”.
Digər ölkələr
24 İyun , 2024 03:00
Netanyahu: Rəfahda aktiv döyüşlər mərhələsi tezliklə başa çatacaq

“Qəzza zolağının Rəfah şəhərində Fələstinin radikal HƏMAS hərəkatına qarşı aktiv döyüşlər mərhələsi tezliklə başa çatacaq”.

“Report” xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu İsrail televiziyasının 14-cü kanalına müsahibəsində deyib.

O əlavə edib ki, döyüşlərin intensivliyi azalsa belə, İsrail müharibəni dayandırmayacaq və HƏMAS-ı məhv etməyə çalışacaq:

“Rəfahda hərbi əməliyyatların intensiv mərhələsi tezliklə başa çatacaq, lakin biz əməliyyatları və zərbələri davam etdirəcəyik, təslim olmayacağıq. Biz bütün gücümüzlə onları vururuq”.

Son xəbərlər

Orphus sistemi