Netanyahu İstanbuldakı terror aktını pisləyib və Türkiyədən eyni addımı gözlədiyini bildirib

Netanyahu İstanbuldakı terror aktını pisləyib və Türkiyədən eyni addımı gözlədiyini bildirib "İsrail Ankaradan da cavab olaraq analoji addımı gözləyir"
Digər ölkələr
11 Dekabr , 2016 18:45
Netanyahu İstanbuldakı terror aktını pisləyib və Türkiyədən eyni addımı gözlədiyini bildirib

Bakı. 11 dekabr. REPORT.AZ/ İsrail Türkiyə ərazisində törədilən hər bir terror aktını pisləyir və Ankaradan cavabında analoji addımı gözləyir.

"Report" xəbər verir ki, bu bəyanatla yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu çıxış edib.

O hesab edir ki, terrorçuluqla mübarizə ümumi olmalıdır.

"Terrorun pislənməsi, onun qarşısının alınması kimi qarşılıqlı olmalıdır. İsrail dövləti bunu münasibət saxladığı bütün ölkələrdən, o cümlədən Türkiyədən də gözləyir", - deyə baş nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi