Bakı. 24 fevral. REPORT.AZ/ İsrail dövləti İranın Suriyada möhkəmlənməsinə qarşı fəaliyyətini davam etdirəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu bazar günü hökumətin həftəlik iclasında deyib.
"İsraili məhv etmək niyyətində olan İran rejiminə açıq bir mesajım var: İsrail İranın Suriyada hərbi cəhətdən möhkəmlənməsinə maneəçilik törətmək üçün lazım olan müddətə qədər fəaliyyətini davam etdirəcək", - deyə baş nazirin mətbuat xidməti onun sözlərini sitat gətirib.