Netanyahu gələn ay Ağ Evdə Trampla görüşəcək

Netanyahu gələn ay Ağ Evdə Trampla görüşəcək İsrailin baş naziri fevralın 15-də ABŞ-a səfər edəcək
Digər ölkələr
31 Yanvar , 2017 01:57
Netanyahu gələn ay Ağ Evdə Trampla görüşəcək

Bakı. 31 yanvar. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahu fevralın 15-də Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşəcək.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser gündəlik mətbuat konfransında məlumat verib.

Spayser Trampın dövlət başçısı vəzifəsinin səlahiyyətlərinə rəsmən başlamasından sonra telefonla danışdığı ilk liderlər arasında yer almış Netanyahunun gələn ayın ortalarında ABŞ-a səfər edəcəyini bildirib. İki ölkə arasındakı əlaqələrə əhəmiyyət verdiklərini ifadə edən Şon Spayser Trampın İsraillə müttəfiqliyə xüsusi dəyər verdiyini vurğulayıb.

Qeyd edək ki, hələ seçki kampaniyası dövründə ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürə biləcəyini bildirən Tramp Netanyahu ilə telefon söhbətində İsrailin baş nazirini Vaşinqtona rəsmi səfərə dəvət etmişdi.

Son xəbərlər

Orphus sistemi