Bakı. 24 mart. REPORT.AZ/ İslailin baş naziri Benyamin Netanyahu, parlament seçkiləri ərəfəsində ərəb səçicilərin ünvanına səsləndirdiyi təhqiramiz ifadələrə görə üzr istəyib.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, bəzi xarici qüvvələrin ərəb əsilli seçicilərə külli miqdarda maliyyə dəstəyi ötürüldüyünü və beləlkilə müxalif elektoratın süni şəkildə artırıldığını iddia edən B.Netanyahu bildirib ki, səsləndirdiyi bu fikirlərə görə "təssüflənir".
"Mən bilirəm ki, sözlərim İsrail ərəblərinin hisslərinə toxunub. Bu hadisəyə görə təəssüflənirəm", - deyən B.Netanyahu, bununla belə xarici dairələrin İsrailin daxili işlərinə qarışmasına yol verməyəcəyini vurğulayıb.
Qeyd edək ki, B.Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası seçkilərdə böyük fərqlə qalib gəlib.