İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin hərbi kabinetinin üzvləri Təl-Əvivdə ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə görüşüblər.
“Report” xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.
“Benyamin Netanyahu və hərbi kabinet üzvləri bu gün Təl-Əvivdəki Müdafiə Nazirliyi kompleksində ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşüblər. Tərəflər şimalda “Hizbullah” hərəkatı və cənubda husilərdən gələn təhdidlər, bu problemlərin həlli yollarını müzakirə ediblər ”, - məlumatda vurğulanıb.
Ofis əlavə edib ki, görüş zamanı Netanyahu İsrailin İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini təsdiqləyib.