Nepalda ilk dəfə qadın prezident seçilib

Nepalda ilk dəfə qadın prezident seçilib Parlament Bidxia Bxandarini dövlət başçısı seçib
Digər ölkələr
28 Oktyabr , 2015 17:12
Nepalda ilk dəfə qadın prezident seçilib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Nepal parlamenti ölkə prezidentini seçib.  

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu posta ilk dəfə qadın - Bidxia Bxandari seçilib. 

O, 327 səsdən 214-nü toplayaraq Nepal Konqresi Partiyasından olan əsas oponenti Kul Bahadur Qurunqa qalib gəlib.  

Qeyd edək ki, sentyabrın 20-də ölkədə yeni konstitusiya qəbul olunub. Yeni konstitusiya dünyəvi dövlətə keçidi dəstəkləməyə yönəlib. 

Son xəbərlər

Orphus sistemi