Nepalın paytaxtındakı hava limanı yeni zəlzələ ilə əlaqədar bağlanıb

Nepalın paytaxtındakı hava limanı yeni zəlzələ ilə əlaqədar bağlanıb Hazırda aeroportdan uçuşlar dayandırılıb
Digər ölkələr
12 May , 2015 15:56
Nepalın paytaxtındakı hava limanı yeni zəlzələ ilə əlaqədar bağlanıb

Bakı. 12 may. REPORT.AZ/ Katmandu hava limanı Nepaldakı yeni zəlzələ ilə əlaqədar bağlanıb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Hazırda aeroportdan uçuşlar həyata keçirilmir, uçuşu gözləyən sərnişinlər küçələrdə qalıb. Aeroportun işini nə zaman bərpa edəcəyi haqqında məlumat verilmir. 

Paytaxt sakinləri evlərini tərk edib, dövlət müəssisələri və bir sıra səfirliklərdən insanlar təxliyə olunub. 

Bu gün Nepalda 4 yeraltı təkan qeydə alınıb. Məlumatlara görə, ən güclü təkanların maqnitudasl 7,3 bal təşkil edib. Zəlzələnin episentri Katmandudan 76 km şərqdə yeləşib. Yarım saat ərzində bu regionda 5,6, 5,4 və 6,3 bal gücündə daha 3 yeraltı təkan qeydə alınıb. 

Xatırladaq ki, aprelin 25-də ölkədə dağıdıcı zəlzələ baş verib, nəticədə 8 mindən artıq insan həlak olub. 

Son xəbərlər

Orphus sistemi